Antibiotiklərə davamlı bakteriyalarla mübarizədə  yeni üsul
09 avqust 2026 06:42 (UTC +04:00)

Antibiotiklərə davamlı bakteriyalarla mübarizədə yeni üsul

0

Alimlər antibiotiklərə davamlı bakteriyalara qarşı bakteriofaqlardan istifadə etməyin mümkünlüyünü araşdırırlar.

Lent.az xəbər verir ki, bakteriofaqlar bakteriyaları yoluxduraraq məhv edən viruslardır.

Tədqiqatçılar bu virusların konkret xəstəlik törədən bakteriyalara yönəldilə bilməsinin gələcəkdə müalicə imkanlarını genişləndirə biləcəyini bildirirlər.

Xüsusilə antibiotiklərin təsir göstərmədiyi infeksiyaların artması fonunda bakteriofaq terapiyası alternativ yanaşmalardan biri hesab olunur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 138

Oxşar yazılar