Motosikletçi qarğa ilə toqquşub "kontuziya" aldı
09 avqust 2026 13:49 (UTC +04:00)

Motosikletçi qarğa ilə toqquşub "kontuziya" aldı

0

Moskva vilayətində motosikletçi saatda 270 kilometr sürətlə hərəkət edərkən qarğa ilə toqquşması nəticəsində xəsarət alıb.

Lent.az yerli mediaya istinadən xəbər verir ki, motosikletçi yüksək sürətlə hərəkət edərkən "aşağıdan maneə" — uçuşa başlayan quş görüb.  Bir göz qırpımında baş nahiyəsinə güclü zərbə dəyib. Koordinasiyanı itirməsinə və görmə qabiliyyətinin olmamasına baxmayaraq, bayker tarazlığı qoruyub saxlaya və dayana bilib.

Zərbənin gücündən quş sözün əsl mənasında parça-parça olub. Dəbilqə zədələnib, vizor (şüşə) qırılıb. Bir müddət özünə gəlməyə çalışan kişi daha sonra təkbaşına evə çatıb və ordan xəstəxanaya gedib. Həkimlər yüngül formada kontuziya (beyin silkələnməsi/zədələnməsi) və qulaqlarda güclü səs-küy diaqnozu qoyublar. Zəng səsi bir neçə gün keçməyərək normal yatmağa mane olub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 152

Oxşar yazılar