Dünyanın ən zəngin iş adamı Ceff Bezos şəxsi həyatının ən çətin günlərini yaşayır.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, “Amazon”un təsisçisi və bir neçə media orqanının maliyyəçisi olan Bezos, ABŞ prezidenti Donald Trampa yaxın olan “National Enquirer”də çılpaq şəkilləri və mesajları yayıldıqdan sonra məhkəməyə müraciət edib.
Ötən həftələrdə Bezosun şəklinin Səudiyyə Ərəbistanı tərəfindən sızdırıldığı haqda xəbərlər ortaya çıxıb, bu əməliyyatların milyarderin sahibi olduğu “The Washington Post” qəzetinin yazarı Camal Qaşıqçıya sui-qəsd törədən Riyad rəhbərliyi tərəfindən həyata keçirildiyi deyilib. Bezosun kral vəliəhdi Salman ilə mesajlaşma zamanı hakker hücumuna məruz qaldığı deyilsə də, bu gün yeni bir xəbər ortaya çıxıb.
Ceff Bezosun mühafizəçiləri və kiber təhlükəsizlik nümayəndələri istintaq zamanı milyarderin qız dostu Lauren Sançezin qardaşının şəkilləri paylaşdığını deyiblər. Bu ifadədən sonra Lauren Sançezin qardaşı Mixail Sançez Bezosa və mühafizəçilərə qarşı iddia ərizəsi yazıb. “Wall Street” jurnalında yayılan xəbərə görə, M.Sançez onun haqqında deyilənlərin əsassız olduğunu deyib.