Çində koronavirus tüğyan etsə də dərslər davam edir
18 fevral 2020 19:54 (UTC +04:00)

Çində koronavirus tüğyan etsə də dərslər davam edir

Çində ay təqvimi üzrə Yeni il bayramı ilə əlaqədar tətildən sonra məktəblərdə dərslər fevralın 17-də başlamalı idi. Ancaq “COVID-19” virusunun kütləvi yayılmasına görə məktəblərin açılışı təxirə salınır.

Lent.az “ictnews”a istinadən xəbər verir ki, şagirdlərin yenidən məktəblərdə parta arxasında oturacağı tarix hələ ki dəqiq bilinmir. Amma tədris prosesi dayandırılmayıb - milyonlarla çinli məktəbli internet üzərindən biliklərə yiyələnəcək.

Belə ki, ibtidai və natamam orta məktəb şagirdləri onlayn proqramlardan istifadə imkanına yiyələniblər. Tədris materialları müəllimlər tərəfindən keçirilən videodərslərdən ibarətdir. Müəllimlərlə məktəblilər arasında dialoq onlayn çat vasitəsilə qurulur. Təhsil saytlarında, həmçinin koronavirusa yoluxmanın qarşısının alınması üzrə təlimatlar yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1725
avatar

Oxşar yazılar