Alimlərdən İNANILMAZ İXTİRA: zərgər dəqiqlikli robot 
14 fevral 2020 19:21 (UTC +04:00)

Alimlərdən İNANILMAZ İXTİRA: zərgər dəqiqlikli robot 

Eyndhoven Texnologiya Universitetinin alimləri diametri 0.3 mm-dək olan damarları tikə bilən robot hazırlayıblar. 

Lent.az “ictnews”a istinadən xəbər verir ki, supermikrocərrahiyyə üçün hazırlanmış qurğunun insan üzərində ilk sınaqları uğurlu olub. 

Bu əməliyyat son dərəcə kiçik damarların birləşdirilməsi (diametri 0,3-dən 0,8 millimetrədək) üçün nəzərdə tutulmuş yeni metoddur. 

Sözügedən metod əksər hallarda limfedema (adətən süd vəzisi xərçənginin müalicəsindən sonra yaranan və şişə çevrilən xəstəlik) ilə mübarizədə istifadə olunur.
 
Belə damarların birləşdirilməsinin çətinliyini nəzərə alaraq hazırda yalnız az sayda cərrah supermikrocərrahiyyə əməliyyatı keçirmək qabiliyyətinə malikdir.
 
Tədqiqatçılar limfedema zamanı cərrahi yardım ala bilən xəstələrin sayını artırmaq üçün avtomatlaşdırılmış sistem hazırlayıblar.
 
Yaxın vaxtlarda istehsalçılar qurğunun sınaqlarını davam etdirəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2237
avatar

Oxşar yazılar