ABŞ və Fransa prezidentləri arasında telefon danışığı olub
13 noyabr 2019 01:05 (UTC +04:00)

ABŞ və Fransa prezidentləri arasında telefon danışığı olub

 

ABŞ prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makronla telefon əlaqəsi yaradıb.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, telefon danışığı zamanı Suriya, İran, bir sıra ticarət məsələləri, həmçinin 3-4 dekabrda Londonda keçiriləcək NATO sammiti müzakirə olunub.

“İki lider Suriya mövzusunda koordinasiyanı davam etdirmək niyyətlərini bəyan ediblər. İranın nüvə proqramını inkişaf etdirmək üçün atdığı addımlardan da narahatlıqlar ifadə olunub. Prezident Tramp ABŞ şirkətləri üçün bərabər şərtlərin təmin edilməsinin vacibliyini də vurğuladı. Bundan əlavə, prezidentlər gələn ay NATO sammitində Londonda tərəfdaşlarla görüşdən gözləntilərini bölüşüblər”, - deyə məlumatda qeyd olunur.

Hər iki prezidentin NATO zirvəsindən əvvəl görüşəcəyi də bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1082
avatar

Oxşar yazılar

Keçmiş deputat GÜLLƏLƏNDİ

Keçmiş deputat GÜLLƏLƏNDİ

19 iyul 2024 , 21:25
Təl-Əvivdə PARTLAYIŞ:  ölən və yaralananlar var

Təl-Əvivdə PARTLAYIŞ: ölən və yaralananlar var

19 iyul 2024 , 08:38
Çilidə güclü zəlzələ  baş verdi

Çilidə güclü zəlzələ baş verdi

19 iyul 2024 , 06:57
İngiltərədə etnik pakistanlılar  iğtişaşlar törətdi

İngiltərədə etnik pakistanlılar iğtişaşlar törətdi

19 iyul 2024 , 03:47
İsrail Hizbullahın elit qüvvələrinin komandirlərlərindən birini ÖLDÜRDÜ

İsrail Hizbullahın elit qüvvələrinin komandirlərlərindən birini ÖLDÜRDÜ

19 iyul 2024 , 02:42
Bıçaqla silahlanan şəxs polisə HÜCUM ETDİ

Bıçaqla silahlanan şəxs polisə HÜCUM ETDİ

19 iyul 2024 , 00:56
Rusiyada bu işlər miqrantlara qadağan olundu

Rusiyada bu işlər miqrantlara qadağan olundu

18 iyul 2024 , 15:29
6 lotereya bileti aldı, hamısını uddu

6 lotereya bileti aldı, hamısını uddu

18 iyul 2024 , 15:03