94 xəstəni zorlayan ginekoloqa HÖKM OXUNDU
07 iyun 2025 09:25 (UTC +04:00)

94 xəstəni zorlayan ginekoloqa HÖKM OXUNDU

Norveçdə ginekoloq 2004-2022-ci illər arasında 94 xəstəyə cinsi təcavüzə görə 21 il həbs cəzasına məhkum edilib.

Lent.az xarici mediaya istinadla bildirir ki, 55 yaşlı həkim 70 zorlama, 82 vəzifə səlahiyyətlərindən sui-istifadə və cinsi təcavüzdə təqsirli bilinib.

Məlumdur ki, “müayinələr” zamanı o, tibbi məqsədlər üçün tələb olunmasa da, yad əşyalardan və barmaqlardan istifadə edib. O, hərəkətlərini kameraya çəkib.

Cinayətkar həbs ilə yanaşı, həkimlik hüququndan da məhrum edilib. Ona həmçinin zərərçəkənlərə pul təzminatı ödəmək də tapşırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 828

Oxşar yazılar