Fransada sanitar pasportların tətbiqinə qarşı təşkil olunmuş nümayişlərdə ümumilikdə 215 mindən çox etirazçı iştirak edib, təkcə Parisdə bu cür aksiyalara 13,9 min etirazçı qatılıb.
APA xəbər verir ki, bu barədə “BFM” telekanalı ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Bildirilib ki, etiraz aksiyalarında 214 845 nəfər iştirak edib. Bir polisin də yaralandığı bildirilir: “Nümayişlər zamanı 11 nəfər saxlanılıb, hüquq -mühafizə orqanlarının əməkdaşlarından biri yüngül xəsarət alıb”.
Nümayişlər ölkənin digər böyük şəhərlərində, o cümlədən Montpelye, Tulon, Po və Lionda da keçirilib.
Polis Lionda etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.
Parisdə isə etirazçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları ilə heç bir ciddi toqquşma olmayıb.
Qeyd edək ki, Qeyd edək ki, iyulun 12-də Fransa prezidenti Emmanuel Makron COVID-19-un yayılmasının qarşısını almaq üçün bir sıra yeni məhdudlaşdırıcı tədbirlərə başlanılması barədə göstəriş verib. Bu səbəbdən iyulun 17-də sanitar pasportlara və məcburi peyvəndləməyə qarşı Fransada 114 min nəfər etiraz nümayişi keçirib. Hər həftə nümayişçilərin sayının artdığı bildirilir.
Xatırladaq ki, avqustun 9-dan Fransada bar, restoran, kafe və difər iaşə müəssisələrində, habelə uzun məsafəli qatarlarda, təyyarələrdə COVID-19-la bağlı peyvənd olunma və ya mənfi test nəticəsi göstərən sanitar pasportlardan istifadə təcrübəsi genişləndirilib.