Göyərtəsində ABŞ dəniz piyadalarının olduğu hərbi helikopter Avstraliyanın şimalında Predator's Run 2023 təlimi zamanı qəzaya uğrayıb. Qəza zamanı itkin düşən əsgərlərin axtarışları davam edir.
Lent.az xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
Bildirilib ki, “Predator's Run 2023” təlimləri zamanı hərbi helikopterlə bağlı insident baş verib: “İlkin məlumatlara görə, insident zamanı ABŞ Müdafiə Nazirliyinin əməkdaşları xəsarət alıb. Avstraliya hərbçiləri helikopterdə olmayıb".
Hadisə yerində xilasetmə işləri davam edir.
Zərərçəkənlərlə bağlı məlumat verilmir.
***
08.25
ABŞ-nin 20 dəniz piyadasının olduğu helikopter Avstraliyanın Melvil adasında qəzaya uğrayıb.
Lent.az xəbər verir ki, bu barədə Sky News Australia məlumat yayıb.