11 ildə 2000-dən çox müəllim ölümü: 12 milyon şagird qorxu içində...
05 noyabr 2021 09:18 (UTC +04:00)

11 ildə 2000-dən çox müəllim ölümü: 12 milyon şagird qorxu içində...

0

 

“Son 11 ildə Nigeriyanın Adamava, Borno və Yobe ştatlarında "Boko Haram" terror qruplaşması tərəfindən 2300-ə yaxın müəllim öldürülüb, daha 19 min nəfər isə didərgin düşüb”.

APA yerli "Leadership" nəşrinə istinadən xəbər verir ki, bunu Şimal-Şərqi Nigeriya İnkişaf Komissiyasının icraçı direktoru Məhəmməd Alkali deyib.

M.Alkali bildirib ki, Nigeriyanın şimal-şərqində təhsil artıq tənəzzülə uğrayıb, “Boko Haram”ın hücumları ilə təhsildə dərin böhran yaranıb. Onun sözlərinə görə, 2014-cü ildən bəri, təxminən 1500 məktəb dağıdılıb.

Qeyd edək ki, bundan əvvəl Nigeriya Prezidenti Muhammed Buhari ölkədə 12 milyondan çox şagirdin quldurlar tərəfindən pul qarşılığında qaçırılacaqlarından qorxaraq məktəbə getməkdən imtina edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1233

Oxşar yazılar