İranın təhdidi Pentaqonu hərəkətə keçirdi
İrandan neft idxalının dayandırılması gərginliyi artırıb. Lent.a-ın “trtazerbaycan.com” saytına istinadən verdiyi məlumata görə, Tehran rejimi bu sanksiyaya qarşı Hörmüz boğazını bağlayacağını, neft tankerlərinin keçidinə icazə verməyəcəyini bəyan edib.
Bu təhdid ABŞ Administrasiyasını hərəkətə keçirib. Pentaqon bölgəyə hərbi vasitələr göndərib. "Los Angeles Times" qəzeti ABŞ donanmasının Bəsrə körfəzinə minaların təsbiti və zərərsizləşdirilməsində istifadə edilmək üçün insansız dəniz vasitələri göndərdiyini yazıb. "Washington Post" qəzeti də sentyabr ayında Bəsrə körfəzində geniş miqyaslı mina təmizləmə təlimi keçiriləcəyini xəbər verib. Qəzet Qətərdə gizli bir radar bazası inşa edildiyini bildirib.
Qeyd edək ki, Birləşmiş Ərəb Əmirlikləri sahillərində ABŞ donanmasına məxsus bir gəmiyə sürətlə yaxınlaşan qayığa atəş açılıb. Qayıq Dubaydakı bir limana çəkilib və hadisə ilə bağlı araşdırma başlayıb.
İsrailə səfər edən ABŞ dövlət katibi Hillari Klinton Amerikanın İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün bütün güc elementlərindən istifadə edəcəyini deyib. Klinton diplomatik yolun hələ açıq saxlandığını bildirib: "İran liderləri hələ doğru qərar vermək fürsətinə sahibdir. Seçim son nəticədə İrana aiddir".

688