Britaniya kəşfiyyatının rəhbəri İranın nüvə silahı əldə edəcəyi vaxtı açıqladı
13 iyul 2012 12:07 (UTC +04:00)

Britaniya kəşfiyyatının rəhbəri İranın nüvə silahı əldə edəcəyi vaxtı açıqladı

Böyük Britaniyanın kəşfiyyat qurumu Mİ6-nun rəhbəri Con Soers ilk dəfə açıq şəkildə İranın nüvə proqramı barədə danışıb.

Lent.az-ın “Telegrahp” qəzetinə istinadən verdiyi məlumata görə, Con Soers deyib ki, Böyük Britaniya Tehranın nüvə silahı əldə etmək imkanlarının qarşısının alınması sahəsində ciddi işlər görüb.

Con Soers bildirib ki, əgər Böyük Britaniya kəşfiyyatının səyləri olmasaydı, artıq 2008-ci ildə İran nüvə silahına malik olardı: “Ancaq əminəm ki, istənilən halda İran 2014-cü ildə nüvə silahına malik olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 596

Oxşar yazılar