Türkiyə “Mavi Mərmərə” qatillərinin siyahısını açıqladı
26 sentyabr 2011 17:07 (UTC +04:00)

Türkiyə “Mavi Mərmərə” qatillərinin siyahısını açıqladı

Lent.az-ın verdiyi məlumata görə, Türkiyənin “Sabah” qəzeti 174 İsrail hərbçisinin adını dərc edib.

Türkiyə hakimiyyəti məhz bu hərbçilərin gəmiyə hücumda iştirak etdiyini ehtimal edir. Bu şəxslərin adlarını Türkiyə kəşfiyyatı gəminin ələ keçirilməsi zamanı çəkilən fotoşəkil və videgörüntlər, həmin hərbçilərin sosial şəbəkələrdə yazışmalarının təhlili nəticəsində müəyyənləşdirib. Hücumda iştirak edən 10 İsrail hərbçisinin adı isə hələ müəyyənləşməyib.

Siyahıda adi əsgərlərlə yanaşı yüksək rütbəli zabitlər, generallar, o cümlədən İsrail baş naziri Binyamin Netenyahu və prezident Şimon Peresin də adı var. “Sabah” qəzeti yazıb ki, hazırda Türkiyə Prokurorluğu siyahını araşdırmaqla məşğuldur. Əgər prokurorluq yetərincə dəlil toplarsa, hücumda iştirak edən şəxslərə qətldə iştirak, işgəncə və azadlığın məhdudlaşdırılması ittihamları ilə cinayət işi açılacaq. Əgər Ankara bu şəxslərin həbsi barədə beynəlxalq order verərsə, nəzəri olaraq həmin insanların dünya ölkələrinə səfərlərində problemlər yaranacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 869

Oxşar yazılar