Qəddafinin doğulduğu şəhər alınır
26 sentyabr 2011 12:24 (UTC +04:00)

Qəddafinin doğulduğu şəhər alınır

Lent.az-ın BBC-ə istinadən verdiyi məlumata görə, həftələrdir ki, davam edən atışmadan sonra dünən Liviya Milli keçid Şurasına ağlı olan hərbi qüvvələr qərb və şərq istiqamətində şəhərə daxil olub. Onlar şəhər mərkəzinə 1 kilometrə qədər yaxınlaşıblar. Liviya Milli Keçid Şurası ölkənin cənubunda strateji əhəmiyyət daşıyan bir vahəyə də nəzarəti ələ keçirdiyini açıqlayıb. Bu vahə Sirt və Ben-Valid şəhərində Müəmmər Qəddafiyə sadiq qüvvələrin geri çəkilməsinin qarşısını alacaq.

Bu arada Liviya Milli Keçid Şurası paytaxt Tripolidəki Ebu Salim həbsxanası yaxınlığında 1270 nəfərin basdırıldığı kütləvi məzar aşkarlandığını bəyan edib. Bu insanların 1990-cı illərdə Müəmmər Qəddafiyə qarşı üsyan qaldırdıqları üçün öldürüldükləri ehtimal olunur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 386

Oxşar yazılar