Avropa Birliyi Suriyaya yeni sanksiyalar tətbiq etdi
Avropa Birliyi Suriyanın neft sektoruna sərmayə qoyulmasına qadağanı nəzərdə tutan yeni sanksiyalar qəbul edib.
Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu qərar Avropa Birliyi Şurasının iclasında qəbul olunub.
Sanksiyalar sentyabrın 24-də, Avropa Birliyinin rəsmi bülletenində dərc olunduqdan sonra qüvvəyə minəcək. Yeni sanksiyalar hazırla Suriyada yerinə yerinə yetirilən neft müqavilələrinə tətbiq olunmayacaq. Söhbət bu sahəyə yeni sərmayələrin qoyulmasının qarşısının alınmasından gedir. Hazırda Suriyanın neft sektorunda “Total” və “Şell” şirkətləri çalışırlar. Avropa Birliyinin xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Ketrin Eşton deyib ki, öz xalqına qarşı repressiyaları davam etdirən Suriya rejiminə qarşı maksimum təzyiq göstərmək niyyətindədirlər.
Yeni sanksiyalar Suriyanın iki yüksək vəzifəli dövlət məmuru və 6 şirkətini, o cümlədən “SiriyaTel” milli mobil rabitə operatorunu da əhatə edir. Bu şəxslərin və şirkətlərin Avropa Birliyində fəaliyyətinə qadağa qoyulacaq, bank hesabları dondurulacaq.

458