Hollandiya parlamentində Ərdoğanın ünvanına təhqiramiz ifadələr işlədildi
23 sentyabr 2011 17:19 (UTC +04:00)

Hollandiya parlamentində Ərdoğanın ünvanına təhqiramiz ifadələr işlədildi

Hollandiya parlamentində büdcə layihəsinin müzakirəsi zamanı radikal sağ yönümlü Azadlıq Partiyasının deputatı Raymond de Roon Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın ünvanına təhqiramiz ifadələr işlədib.

Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Raymond de Roonun təhqiramiz çıxışından sonra Hollandiya baş naziri Mark Rutte söz alıb və Azadlıq Partiyasının sədri Ceert Vildersi partiyasının deputatının dilə gətirdiyi sözlərə görə üzr istəməsini tələb edib. Baş nazir bildirib ki, Azadlıq Partiyasının deputatı Hollandiyaya dost bir ölkənin baş nazirinin ünvanına belə sözlər söyləyə bilməz. Ceert Vilders isə partiyasının deputatının sözlərini dəstəklədiyini və üzr istəmədiyini bəyan edib. Mübahisə böyüdüyü üçün parlamentdəki büdcə müzakirələrinə ara verilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1151

Oxşar yazılar