12 deputatı, 81 polisi olan dövlət də... “dövlət” tanıyarmış - ARAYIŞ
Sən demə, Tuvalunun baş naziri Villi Telavi Tsxinvalidə olub. O, sentyabrın 19-da Cənubi Osetiya “prezidenti” Eduard Kokoyta ilə diplomatik əlaqələrin qurulması barədə sənəd imzalayıb. Suxumi ilə analoji sənəd isə sentyabrın 18-də imzalanıb.
Bununla da, separatçı Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyan ölkələrin sayı 4-ə çatıb. Rusiyadan əlavə Venesuela və Nikaraqua, eləcə də daha bir kiçik ada dövləti olan Nauru bu addımı atıb. 2011-ci ildə Vanuatu ada dövləti də Abxaziyanın müstəqilliyini tanısa da, sonradan adada hakimiyyət dəyişib və qərara yenidən baxılaraq ləğv edilib.
Bəs haradır, nə dövlətdir bu Tuvalu? Tuvalu Poloneziya adalarında yerləşir. Ölkənin tərkibinə 5 atoll və 4 ada daxildir.
Ada 1558-ci ildə ispan səyyah Alvaro Mendaney de Neyro tərəfindən kəşf edilib, 1892-ci ildən isə Böyük Britaniyanın protektoratına çevrilib. 1978-ci ildə Tuvalu müstəqilliyini əldə edib və BMT-yə qəbul edilib.
Ərazisi 26 kv. km-dir. Ölkənin paytaxtı Funafuti şəhəridir. Cəmi 4492 nəfər əhalisi var. Ölkənin əhalisi isə 2009-cu ilin siyahıya alınmasına görə, 12 177 nəfərdir. Rəsmi dili ingilis dilidir. Ondan başqa tuvalu dili də rəsmi dil statusundadır.
Tuvalu monarxiyadır. 2008-ci ildə keçirilən referendum zamanı əhalinin böyük kəsimi respublika quruluşuna yox, monarxiyanın saxlanmasına səs verib.
Bu dövlətin parlamenti də varmış, sən demə. Parlamentin isə 12 üzvü var. Ölkənin ordusu yoxdur, asayişi cəmi 81 polis qoruyur.
Bu dövlətin əsas gəlir yeri onun qeyri-adi domenə malik olmasıdır. Bu domenə böyük maraq televiziya şirkətləri ilə bağlıdır. Belə ki, TV televiziya sözünün ingilis dilində ixtisar olunmuş formasıdır. Bunu nəzərə alan kanadalı biznesmen Ceyson Çepnik 1998-ci ildə Tuvalu hökumətindən 50 milyon ABŞ dolları əvəzində 12 illik istifadə hüququnu “information.ca” şirkətinə keçirib. Sonradan gözlənilən nəticə əldə olunmadığı üçün bu müqavilə qarşılıqlı razılığa əsasən pozulub. 7 yanvar 2002-ci ildə “VeriSign corporation” 45 milyon dollar müqabilində ".tv Corporation International" şirkətindən istifadə hüququnu alıb. Yeni müqaviləyə əsasən Tuvalu hökuməti 20% səhmləri öz əlində saxlayır. MTV, Hollywood, PublicTV və s. kimi dünya nəhəngləri artıq bu domenlə fəaliyyət göstərir.
Maraq üçün qeyd edək ki, Rusiyada ən bahalı domen "2014.ru"-dur. Bu domen hələ 2004-cü ildə Soçi qış olimpiya oyunlarına ev sahibliyini irəli sürən zaman qeydiyyatdan keçirilib, hal-hazırda qiyməti 2,5 milyon rubl (82.000$) təşkil edir.
Hə, bir maraqlı fakt. Alimlər deyirlər ki, iqlimin dəyişməsi və dünya okeanının səviyyəsinin qalxması nəticəsində Tuvalu su altında qalacaq.
Səbuhi Məmmədli

819