Qəddafinin son iki qalasına hücum dayandırıldı
Lent.az-ın “Əl-Cəzirə” telekanalına istinadən verdiyi məlumata görə, devrilmiş prezident Müəmmər Qəddafiyə sadiq qüvvələrin nəzarətində olan bu şəhərlər mühasirədə saxlanılacaq.
Sirt şəhərindən 30 kilometr kənarda yerləşən Sultan rayonuna şəhəri atəşə tutmaq üçün artilleriya qurğuları gətirilir. Müəmmər Qəddafiyə sadiq qüvvələr güclü raket-minaatan atəşi ilə qiyamçıların şəhərə yaxınlaşmasına imkan vermir. Milli Keçid Şurasının şərq cəbhəsinin komandanı etiraf edib ki, döyüş sursatları tükənir və bir neçə gün ərzində hərbi əməliyyat apara bilməyəcəklər.
Bir gün əvvəl Sebha şəhərinin Milli keçid Şurasının hərbi qüvvələrinin nəzarətinə keçdiyi elan olunsa da, hərbi komandanlığın təmsilçisi Əhməd Bani bu gün etiraf edib ki, şəhərdə hələ də müqavimət ocaqları var.
Bu arada Misrata şəhərində qiyamçılar güclərini birləşdirməyə və Liviya İnqilabının Birləşmiş Qüvvələrini yaratmağa qərar veriblər. Bu qüvvələr arasındakı fikir ayrılığı Sirt və Ben-Validə hücum zamanı onlarla döyüşçünün həyatını itirməsinə yol açıb.

527