Pakistan ABŞ-ı müttəfiqlik münasibətlərinə son qoyacağı ilə hədələdi
Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, Pakistan xarici işlər naziri Xina Rabbani Xar deyib ki, Pakistan hərbi kəşfiyyatının sentyabrın 13-də Kabildə ABŞ səfirliyi və NATO qərargahına hücum edən silahlılarla əlaqəsi yoxdur.
Qeyd edək ki, bundan öncə ABŞ Silahlı Qüvvələrinin baş qərargah rəisi Mayk Mallen terrorçuların Pakistan hərbi kəşfiyyatı ilə əlaqəli ola biləcəyini söyləyib. O hesab edir ki, hücumu təşkil edən Hakkani qruplaşmasının Pakistan hərbi kəşfiyyatını ilə əlaqəsi var. Xina Rabbani Xar isə bildirib ki, əgər ABŞ Pakistana qarşı ittihamlarını dayandırmazsa, terrorçulara qarşı mübarizədə müttəfiqini itirəcək: “Pakistanı və Pakistan xalqını sizdən üz çevirməyə məcbur etməyin. Bunu etsəniz, günah yalnız sizdə olacaq”.
Bu arada Pakistan daxili işlər naziri Rahman Malik ABŞ əsgərlərinə silahlılarla mübarizə üçün Pakistan torpaqlarında baza qurmağa icazə verməyəcəklərini vurğulayıb. Rahman Malik bunun əvəzində ABŞ-ı silahlı radikal dini qruplarla mübarizədə Pakistanı kəşfiyyat məlumatları ilə təmin etməyə çağırıb: “Pakistan xalqı heç vaxt ABŞ əsgərlərinə bu torpaqlarda yerləşməyə icazə verməyəcək. Zatən hökumətimiz ABŞ-la əməkdaşlıq edir, sadəcə, ABŞ bizim müstəqilliyimizə hörmətlə yanaşmalıdır. Digər tərəfdən, ABŞ-la Pakistan ortaq bir düşmənə qarşı savaşır, lakin ortaq strategiyası yoxdur. İttihamları bir kənara qoyub, oturub danışmalıyıq”.

428