Batmaqda olan ada-dövlətdən separatçı qərar
Lent.az-ın məlumatına görə, Tuvalu Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımaq barədə qərar qəbul edib.
Tuvalunun baş naziri Villi Telavi Tsxinvalidə olub. O, sentyabrın 19-da Cənubi Osetiya “prezidenti” Eduard Kokoyta ilə diplomatik əlaqələrin qurulması barədə sənəd imzalayıb. Suxumi ilə analoji sənəd isə sentyabrın 18-də imzalanıb.
Bununla da, separatçı Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyan ölkələrin sayı 4-ə çatıb. Rusiyadan əlavə Venesuela və Nikaraqua, eləcə də daha bir kiçik ada dövləti olan Nauru bu addımı atıb. 2011-ci ildə Vanuatu ada dövləti də Abxaziyanın müstəqilliyini tanısa da, sonradan adada hakimiyyət dəyişib və qərara yenidən baxılaraq ləğv edilib.
Tuvalu Poloneziya adalarında yerləşir. Ölkənin tərkibinə 5 atoll və 4 ada daxildir. Əhalisi 12 min nəfərdir. Alimlər bildirirlər ki, iqlimin dəyişməsi və dünya okeanının səviyyəsinin qalxması nəticəsində Tuvalu su altında qalacaq.

655