Liviyanın baş naziri Tunisdə həbs olundu
23 sentyabr 2011 11:01 (UTC +04:00)

Liviyanın baş naziri Tunisdə həbs olundu

Lent.az-ın “əl-Ərəbiyyə” telekanalına istinadən verdiyi məlumata görə, Tunis daxili işlər naziri əl-Mahmudinin həbsini təsdiq edib. Onun sentyabrın 21-də axşam həbs olunduğu bildirilir. Artıq onun üzərində Tunis sərhədini icazəsiz olaraq keçmək ittihamı ilə məhkəmə keçirilib və o, 6 aylıq həbs cəzası alıb. Hökm artıq qüvvəyə minib.

Əl-Mahmudi ilə bərabər daha 2 nəfər tutulub. Onların heç birinin üzərində viza olmayıb.

Əl-Mahmudi qiyamçıların avqustun sonunda Tripoliyə hücuma keçməsindən sonra Tunisə qaçıb. Liviyanın formal rəhbəri sayılan baş nazirin Cerba kurort adasında gizləndiyi güman edilir. O özü telekanala müsahibəsində iddia edirdi ki, Liviyanı tərk etməyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 483

Oxşar yazılar