İsrail casusu da sərbəst buraxıla bilər
Tehranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki (AEBA) təmsilçisi Ələsgər Sotaniyə bildirib ki, bir neçə atom-fizikini qətlə yetirmiş qatildən qisas almayacaqlar. Onun sözlərinə görə, bununla belə İran beynəlxalq ictimaiyyətdən belə halların gələcəkdə qarşısının alınacağına təminat istəyir. O, iranlı alimlərin qətlini “insanlığa qarşı cinayət» adlandırıb.
İsrailin «Kol İsraeli» radiosunun məlumatına əsasən, Vyanada AEBA-nın mənzil-qərargahında Ə.Soltaniyanın keçirdiyi mətbuat konfransında bir neçə ay öncə qətlə yetirilən iranlı atom-fizikinin dul qadını da iştirak edib. Sentyabrın 10-da isə İsrailin kəşfiyyat orqanlarına casusluqda ittiham olunan iki nəfərin məhkəmə prosesi başlayıb. İranın baş prokuroru Abbas Cəfəri-Dövlətabadi bu «casusların» 2009-cu ildə tutulduğunu söyləsə də, onların adlarını açıqlamayıb: «Onlar sionist rejiminə işləməkdə ittiham olunur. Müttəhimlər gizli hərbi obyektlərə girərək, oranın fotosunu çəkməkdə günahlandırılırlar. Onlar həm də İsrail kəşfiyyatından qanunsuz pul almaqda ittiham olunurlar».
Bu ilin avqustunda İslam İnqilabı Hərbi Məhkəməsi iranlı atom-fiziki Məsud Əli Məhəmmədi qətlə yetirməkdə ittiham olunan Məcid Camali-Faşi barəsində edam hökmü çıxarılmışdı. Tehran mənbələrinin məlumatına əsasən, o, İsrail Mossad-ına casusluq etdiyini etiraf etmişdi. Məhkəmə zamanı Faşi bildirmişdi: «Əslində o, 5 terror aksiyası həyata keçirməliydim. Ancaq mən təbiətcə cinayətkar deyiləm. Mən Mossad-ın Tel-Əvivlə Qüds arasında yerləşən bazasında təlim keçmişəm. Fizikin qətli üçün 120 min dollar almışam».
Bu baxımdan İran təmsilçi qisasın alınmayacağının bu qatillərdən hansına şamil ediləcəyinə aydınlıq gətirməyib.
Bir milyon qarşılığında azadlığa çıxan daha iki amerikalı casus isə dünən Omana gətirilib. ABŞ prezidenti Barak Obama bu faktı yüksək dəyərləndirərək, deyib: «Mən onların öz ailələrinə qovuşacağına sevinirəm. Səyyahlarını casusluğa görə həbsi isə lazımsızı tədbir idi».
Sədrəddin Soltan

471