Almaniyada 2 yük qatarı toqquşub
Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, vaqonlarda zəhərli kimyəvi maddələr olub. Çoxlu sayda vaqon relsdən çıxıb, maşinistlər yaralanıblar. Toqquşmadan sonra vaqonların birində partlayış və yanğın baş verib. Xilasedicilərin səyi nəticəsində yanğın söndürülüb, başqa bir vaqonda partlayış baş verməsinin qarşısı alınıb. Zəhərlənmə təhlükəsi ilə bağlı ətraf evlərdəki 50 nəfər evakuasiya edilib.
579