Liviyada qanlı döyüşlər gedir
22 sentyabr 2011 17:19 (UTC +04:00)

Liviyada qanlı döyüşlər gedir

Liviya Milli keçid Şurasının hərbi qüvvələri devrilmiş prezident Müəmmər Qəddafinin tərəfdarlarının nəzarətində olan Sebha və Əl-Cofra şəhərlərini ələ keçirib. Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, Liviya Milli Keçid Şurasının hərbi komandanlığının təmsilçisi Əhməd Bani deyib ki, hazırda Liviyanın cənub rayonlarının 90 faizinə nəzarət edirlər.

Ancaq “Əl-Cəzirə” telekanalı Sebha şəhərində hələ də Müəmmər Qəddafi tərəfdarlarının müqaviməti davam etdirdiyi, şəhərdə ən azı 2 müqavimət ocağının olduğu barədə xəbər yayıb. Hazırda Liviya Milli Keçid Şurası Sebha şəhərində Müəmmər Qəddafini dəstəkləyən tayfa lideri ilə danışıqlar aparır. Əl-Cofra şəhərində isə Müəmmər Qəddafi dönəmində gizli saxlanılan silah anbarı axtarılır.

Bu arada qonşuluqdakı Xun şəhərində 2 gün əvvəl asılmış Liviya Milli keçid Şurasının bayrağı Müəmmər Qəddafiyə sadiq olan və partizan müharibəsi aparmağa başlayan tabor tərəfindən minomyotla vurularaq salınıb. Bu hücum zamanı ən azı Milli Keçid Şurasının 10 əsgəri və yerli sakin həlak olub. Hazırda Müəmmər Qəddafi tərəfdarlarının cənubdakı çöllük ərazidə əsas dayaqları Sukkun şəhəridir.

Ben-Validi də hələ ələ keçirmək mümkün olmayıb. Müəmmər Qəddafi tərəfdarları son 2 həftədir ki, şəhər ətrafındakı dağlıq relyefdən bacarıqla istifadə edir, Liviya Milli keçid Şurasının hərbi qüvvələrinə ciddi zərbələr vururlar. Müəmmər Qəddafinin anadan olduğu Sirt şəhərində də qanlı döyüşlər davam edir. NATO qırıcıları qiyamçıların irəliləməsi üçün hava hücumlarını davam etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 611

Oxşar yazılar