Gürcüstan Ermənistana Rusiya qazının ötürülməsini dayandırdı
22 sentyabr 2011 16:35 (UTC +04:00)

Gürcüstan Ermənistana Rusiya qazının ötürülməsini dayandırdı

Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstan Nefti və Qaz Korporasiyası məlumat yayıb. Ermənistana qazın ötürülməsi bu gün saat 11:00-da dayandırılıb və bu vəziyyət 4-5 gün davam edəcək. Gürcüstan kəmərlə qazın ötürülməsinin dayandırılmasının səbəbinin Tiflis yaxınlığında dəmiryolu magistralında aparılan tikinti işləri ilə əlaqələndirib. Kəmər dəmir yolu olan ərazidən keçir.
Gürcüstan Neft və Qaz Korporasiyası bəyan edib ki, Ermənistanın yeraltı qaz anbarı olduğu üçün bu müddət ərzində bu ölkədə qaz problemi yaranmayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 589

Oxşar yazılar