Başınıza peyk düşməsin!...
Lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, NASA alimləri peykin Yer atmosferinə yaxınlaşarkən 26 hissəyə ayrılacağını, ancaq bu hissələrin hara düşəcəyinin bilinmədiyini söyləyiblər.
Qeyd edək ki, bir avtobus böyüklükdə olan UARS peyki 6,5 ton ağırlığındadır. 26 parçaya ayrılacaq peykin dünyanın hər hansı bir yerində hər hansı bir şəxsin başına düşmə ehtimalı 1/3200 olaraq dəyərləndirilir.
Artıq bir çox sayt UARS-ın parçalarının hara düşəcəyi ilə bağlı bəhs oyunu başladıb. Bu sırada mərkəzi İrlandiyada olan “Paddypower.com” saytı da var. Düzgün cavab verənlər böyük məbləğdə uduş sahibi olacaqlar.
Qeyd edək ki, indiyə qədər Yer kürəsində yalnız bir dəfə bir nəfərin başına peyk parçası düşüb. ABŞ-ın Oklahoma ştatında yaşayan Lottie Williamsın başına 1977-ci ildə “Delta II” peykinin bir kiçik parçası düşüb. O, sağ qalsa da, bunun həyatda başına gələn ən qəribə olay adlandırıb.

563