İstanbulda çeçenləri öldürən rus killerin adı məlum olub
22 sentyabr 2011 16:01 (UTC +04:00)

İstanbulda çeçenləri öldürən rus killerin adı məlum olub

Lent.az-ın “Today Zaman” qəzetinə istinadən verdiyi məlumata görə, qatil Aleksandr Qarkov adlı Rusiya vətəndaşıdır.

Sentyabrın 16-da qətl törədən Aleksandr Qarkov Türkiyəyə bir neçə gün əvvəl gəlib. Polis sentyabrın 19-da onun izinə düşsə də, qaldığı mehmanxanada yaxalaya bilməyib. 55 yaşlı Aleksandr Qarkov polis gəlməzdən bir neçə dəqiqə əvvəl mehmanxananı tərk edib və polisləri gördüyü üçün geri qayıtmayıb.

Qatilin mehmanxanada qaldığı nömrədə gecəgörmə cihazı və 9 mm kalibirli tapança aşkarlanıb. Ballistik ekspertiza çeçenlərin bu tapançadan açılan atəş nəticəsində öldürüldüyünü göstərib. Polisin araşdırmaları zamanı məlum olub ki, Aleksandr Qarkov 2009-cu ildə İstanbulda Əli Osayev adlı çeçen döyüşçüsü öldürülən zaman da şəhərdə olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 498

Oxşar yazılar