İran zavod tikir, məhsulu Ermənistana gedir...
22 sentyabr 2011 13:00 (UTC +04:00)

İran zavod tikir, məhsulu Ermənistana gedir...

İranın Qərbi Azərbaycan əyalətindəki şirkətlər Bolqarıstanın Varna dəniz limanında neftayırma zavodu tikməyi planlaşdırır. Lent-az-ın Bolqarıstanda çıxan «Standart» qəzetinə istinadən məlumatına əsasən, Tehranın Sofiyadakı səfiri Qulamrza Müqəddəm Varna vilayətinin qubernatoru Danço Simeonovla Qəbri Azərbaycan əyalətindən gələn nümayəndə heyəti ilə görüşdən sonra bunu bildirib.

İran tərəfi bu ölkədə həm müstəqil, həm də yerli şirkətlərə birlikdə zavod tikməyə hazırdır: «Biz bu layihəni Bolqarıstan tərəfinin istəyi çərçivəsində gerçəkləşdirə bilərik».

Hazırda İranda 10 neftayırma zavodu var, yenilərinin tikintisi davam edir.

Ermənistan KIV-nin xatırlatmasına görə, Bolqarıstan Rusiyadan sonra Ermənistana neft məhsulları ixrac edən ikinci dövlətdir. 2010-cu ildə bu ölkədən Ermənistana 90 milyon dollarlıq, yaxud ümumi neft məhsullarının 13,9 faizi həcmində mal idxal olunub.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 861

Oxşar yazılar