İçində insanlar olan gəmi hamının gözü qarşısında batdı
Güclü leysan yağışları Çinin Sıçuan əyalətindəki Tsyuytszyan çayını daşdırıb.
Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, çayda suyun səviyyəsi 27,8 metrə çatıb və bu, kritik həddən 7 metr çoxdur. Çayın daşması nəticəsində 83 min ev su altında qalıb, 25 nəfər ölüb, 14 nəfər itkin düşüb. Ölkəyə 2,1 milyard dollar ziyan dəyib.
Çində davam edən leysan yağışları göl və çayları daşırmağa və irimiqyaslı sellərə səbəb olmaqda davam edir. Ölkənin cənub-qərbindən keçən Çonqinq gölü də daşıb. Nəticədə göldə lövbər salmış və restoran kimi istifadə olunan gəminin kəndirləri qopub. Sel sularına tabe olan gəmi daha sonra axarla gələrək digər bir gəmiyə çırpılıb və batıb. Hadisə zamanı restoranda olan insanlar xilas edilsə də, qorxu dolu anlar kameraların gözündən yayınmayıb.

Oxşar yazılar

Polis göyərçini saxladı - SƏBƏB
22 avqust 2025 , 12:49
2025-ci ilin ən təhlükəsiz Avropa şəhərləri açıqlandı
22 avqust 2025 , 12:35İran hava məkanını bağladı - Səbəb
22 avqust 2025 , 07:40
Fişəng anbarı partladı, 2 ölü, 34 yaralı
22 avqust 2025 , 02:01
Bu GERÇƏKDİR: 6 dəfə ölüb dirildi - Həyatı sənədli film oldu
21 avqust 2025 , 20:15
Açılmayan SİRR: səssiz adam 11 ildir yolları bağlayır
21 avqust 2025 , 18:06
Gəmidə toyuq kotletlərinə görə kütləvi DAVA
21 avqust 2025 , 16:54