20 il təxirə salınan edam hökmü icra olunub
22 sentyabr 2011 12:15 (UTC +04:00)

20 il təxirə salınan edam hökmü icra olunub

Lent.az-ın “korrespondent.net” saytına istinadən verdiyi məlumata görə, Corciya ştatının hakimiyyəti edam hökmünün icra edilməsinə qərar verib.

Troya Devis sentyabrın 21-də gecə saat 23:08-də zəhərli iynə ilə edam olunub. Onun edam hökmü bir neçə saat gecikib. Bu, Tryo Devisin edam hökmünün ləğvi ilə bağlı ABŞ Ali Məhkəməsinə müraciət edilməsi ilə əlaqədar olub. Lakin məhkəmə bu müraciəti rədd edib.

Troya Devis 1989-cu ildə polis əməkdaşı Marka Makfeylin ölümündə günahkar sayılıb və hələ 1991-ci ildə edam hökmünə məhkum olunub. Lakin müdafiə tərəfi 9 şahiddən 7-nin sonradan ifadəsi dəyişməsi, yaxud ifadəsindən imtina etməsi ilə əlaqədar işə yenidən baxılmasını tələb edib. 2007-ci ildə və 2008-ci ildə iki dəfə Troya Devisin edam olunacağı vaxt təyin olunub. Lakin edama 2 saat qalmış edam hökmünün icrasının vaxtı dəyişdirilib. Roma Papası XVI Benedikt və ABŞ-ın sabiq prezidenti Cimmi Karter da Troya Devisin edam olunmasına qarşı çıxıblar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 451

Oxşar yazılar