Yəhudilər “Əl-Cəzirə” telekanalının analoqunu yaratdılar
22 sentyabr 2011 12:02 (UTC +04:00)

Yəhudilər “Əl-Cəzirə” telekanalının analoqunu yaratdılar

Lent.az-ın “EJU news”-ə istinadən verdiyi məlumata görə, açılış mərasimi Brüsseldə keçirilib.

Bu, Avropada sutka ərzində ingilis dilində fəaliyyət göstərəcək ilk yəhudi telekanalıdır. Telekanal Qətərin “Əl-Cəzirə” və Böyük Britaniyanın BBC telekanallarnın anoloqu kimi yaradılıb. JN1 İsrailin mövqeyini əks etdirəcək. Kanalın loqotipində böyük simmetrik əl - həmayil əksini tapıb. Telekanalın studiyaları Brüssel, Təl-Əviv, Nyu-York və Kiyevdə studiyaları olacaq. Gələcəkdə telekanalın ingilis dili ilə bərabər ivrit, fransız, italyan, alman və rus dillərində yayım aparması nəzərdə tutulub.

JN1 telekanalının sahibləri ukraynalı biznesmenlər İqor Kolomoyskiy və Vadim Rabinoviçdir. Onlar kanalın inkişafı üçün 5 milyon dollar sərmayə qoyublar. İqor Kolomoyskiy Avropa Yəhudilər İttifaqının prezidenti, Vadim Rabinoviç isə vitse-prezidentidir. İqor Kolomoyskiy Ukraynanın ən varlı şəxsləri siyahısında 13-cü yerdə qərarlaşıb. Onun 1,2 milyard dollar dəyərində sərvəti var.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 482

Oxşar yazılar