ABŞ-ın 400 ən varlı şəxsinin siyahısı açıqlandı
22 sentyabr 2011 10:42 (UTC +04:00)

ABŞ-ın 400 ən varlı şəxsinin siyahısı açıqlandı

Lent.az-ın “Forbs” jurnalına istinadən verdiyi məlumata görə, 18-ci dəfədir ki, siyahıya ardıcıl olaraq “Microsoft” şirkətinin qurucusu Bill Qeyts rəhbərlik edir.

Bill Qeyts keçən illə müqayisədə sərvətini 5 milyard dollar artırıb və hazırda 59 milyard dolları sərvəti var. İkinci yerdə 39 milyard dollarla sərmayəçi Uorren Baffet gəlir. İlk üçlüyü 33 milyard dollar sərvəti ilə “Orakl” şirkətinin qurucusu və icraçı direktoru Lourens Ellison qapayır.


Bu il ilk onluğa məşhur maliyyəçi Corc Soros da düşüb. 7-ci yerdə qərarlaşan Corc Sorosun sərvəti 22 milyard dollar qiymətləndirilib. “Facebook” sosial şəbəkəsinin qurucusu və rəhbəri Mark Tsukerberq isə sərvətini keçən illə müqayisədə 10,6 milyard dollar artıraraq 35-ci yerdən 14-cü yerə yüksəlib. Hazırda onun 17,5 milyard dollar kapitala malikdir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 580

Oxşar yazılar