NATO Qəddafiyə qarşı əməliyyatın müddətini 3 ay uzatdı
NATO Liviyada devrilmiş prezident Müəmmər Qəddafiyə sadiq qüvvələrə qarşı hava və dəniz əməliyyatlarını 3 ay da uzatmağa qərar verib.
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, NATO-nun baş qərargahındakı bir diplomat bununla bağlı alyans daxilində razılaşma əldə edildiyini bildirib. Razılıq NATO-ya üzv 28 ölkənin səfirlərinin birgə toplantısında əldə olunub.
Qeyd edək ki, NATO-nun Liviyada hava və dəniz əməliyyatı 6 aydır ki, davam edir.

413