Burada pivə su yerinə axır –
21 sentyabr 2011 18:57 (UTC +04:00)

Burada pivə su yerinə axır –

Lent.az-ın “Ria Novosti”yə istinadla xəbərinə görə, festivala hər il orta hesabla 6 milyon insan gəlir. Festivalda 7 milyon litr pivə içilir. Burada həmçinin 500 000 qızardılmış toyuq və 100 000-dən çox donuz sosiskası “həzm-rabedən keçirilir”.

Xatırladaq ki, “Oktoberfest” ilk dəfə 12 oktyabr 1810-da Bavariya şahzadəsinin evlənməsi şərəfinə keçirilib. Sonradan iqlim şəraiti nəzərə alaraq festivalın tarixi geri çəkilib. Hazırda festival 17 sentyabr – 5 oktyabr tarixlərində baş tutur.

Festivalı ənənəvi olaraq Münhenin meri açır. Qonaqları salamladıqdan sonra o, pivə çəlləklərindən birini deşir və festival başlayır.

Yerli əhali festivala ənənəvi alman geyimində gəlir. Buranın ən diqqət çəkən iştirakçıları isə bir dəfəyə 10 – 12 qədəh pivə tuta bilən ofisiant qızlardır.

Vüqar Yaşaroğlu
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 583

Oxşar yazılar