ABŞ Afrika və Ərəb yarımadasında pilotsuz döyüş təyyarələri üçün məxfi bazalar tikir
21 sentyabr 2011 20:39 (UTC +04:00)

ABŞ Afrika və Ərəb yarımadasında pilotsuz döyüş təyyarələri üçün məxfi bazalar tikir

ABŞ Afrika və Ərəb yarımadasında məxfi hərbi bazaların tikintisinə başlayıb.


Lent.az-ın “Washington Post” qəzetinə istinadən verdiyi məlumata görə, bu addım Somali və Yəməndə dəniz quldurları və “əl-Qaidə” terror təşkilatı ilə mübarizə çərçivəsində atılır. Bu məxfi hərbi bazalar pilotsuz hərbi təyyarələr üçün nəzərdə tutulub. Bazalardan bir Efiopiyada, digəri isə Hind okeanındakı Seyşel adasında tikilir. ABŞ hökuməti Cibuti dövləti ərazisindəki bazadan istifadə edərək Somali və Yəməndə pilotsuz döyüş təyyarələrinin effektivliyini də yoxlayıb. Əməliyyatlar uğurlu olub. Ona görə də Pentaqon xüsusilə Ərəbistan yarımadasında pilotsuz döyüş təyyarələri üçün məxfi bazalar şəbəkəsi qurulmasını zəruri sayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 495

Oxşar yazılar