“Roke” Tokioya çatdı
Bu gün Yaponiyanın Xonsyu adasının mərkəzində dağıntılar törədən “Roke” qasırğası artıq paytaxt Tokioya çatıb. Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, hazırda Tokioda güclü leysan yağış yağır, güclü külək ağacları yıxır, reklam şitlərini uçurur.
Şəhərdə metro işləmir. Tokionun Xande aeroportunda bütün ölkədaxili və xarici aviareyslər ləğv olunub. Tokionu Osaka şəhəri ilə birləşdirən dəmiryolunda da hərəkət dayandırılıb. Hökumət ehtiyac olmadığı halda insanları küçələrə çıxmamağa çağırıb. Artıq 4 nəfər həyatını itirib, 4 nəfər itkin düşmüş sayılır. Xilasetmə işlərinə Yaponiya ordusunun bölmələri cəlb olunub.

590