“Taliban” əfqan polisini tələyə salıb
21 sentyabr 2011 12:53 (UTC +04:00)

“Taliban” əfqan polisini tələyə salıb

Bu gecə “Taliban” silahlıları Əfqanıstanın Qazni əyalətinin Vaqiz rayonunda polisləri tələyə salıblar. Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Vaqiz Polis İdarəsinin rəisi Məhəmməd Cum və 10 polis əməkdaşı “Taliban” silahlılarının olduğu bildirilən binaya yaxınlaşıb.

Polislər binaya daxil olan zaman silahlılar atəş açıblar. Daha sonra onlar geri çəkilərək binanı tərk ediblər. Bundan sonra silahlılar binaya yerləşdirdikləri partlayıcı qurğunu işə salıblar. Əməliyyatda iştirak edən 11 polis həlak olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 459

Oxşar yazılar