Rusiya Federasiya Şurasının yeni spikeri seçildi
21 sentyabr 2011 11:53 (UTC +04:00)

Rusiya Federasiya Şurasının yeni spikeri seçildi

Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, 140 senator Valentina Matviyenkonun lehinə səs verib, 1 nəfər bitərəf qalıb.

Valentina Matviyenkonun əleyhinə səs verən olmayıb. Sankt-Peterburqun sabiq qubernatoru Federasiya Şurasının sədri postunda Sergey Mironovu əvəz edib. Sergey Mironov 10 il Federasiya Şurasının sədri olub, bu ilin mayında istefaya göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 404

Oxşar yazılar