Yaponiyanı “Roke” vurdu: 5 ölü
21 sentyabr 2011 11:14 (UTC +04:00)

Yaponiyanı “Roke” vurdu: 5 ölü

Yaponiyanı “Roke” qasırğası vurub. Lent.az-ın “Exo Moskvı” radiosuna istinadən verdiyi məlumata görə, artıq 5 nəfər həyatını itirib, 10 nəfər xəsarət alıb.

Meteoroloqlar bir neçə saat ərzində qasırğanın paytaxt Tokionu da vuracağını proqnozlaşdırırlar. Bu gün qasırğa səbəbindən yüzlərlə aviareys də təxirə salınıb, sürət qatarlarının hərəkəti dayandırılıb. “Toyota” şirkəti qasırğa ilə əlaqədar Ayti əyalətindəki əsas zavodlarında işi dayandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 415

Oxşar yazılar