Rusiyada azərbaycanlı hərbçi və onun anası casusluqda ittihamı edildi
Lent.az-ın Şimali Qafqaz Dairə Hərbi Məhkəməsinin (ŞQDHM) rəsmi saytına istinadən verdiyi məlumata görə, baş leytenant David Əliyev və onun anası İrina Əliyeva yanvarda saxlanılıblar.
Təhqiqat materiallarına əsasən, Əliyev dairə qoşunları barədə gizli bilgilər toplayıb və anasına ötürüb. Ana isə oğlu ilə Gürcüstan tərəfi arasında vasitəçi olub.
Əliyevlər Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 275-ci maddəsi (casusluq formasında dövlətə xəyanət) ilə ittiham olunur. Bu sanksiya 20 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur. Cinayət işinə dairə hərbi məhkəməsində 3 hakim, vəkillər, müttəhimlər və prokurorların iştirakı ilə qapalı məhkəmə iclasında baxılacaq.
ŞQDHM cinayət işi ilə bağlı məhkəmə prosesinə sentyabrın 28-də başlayacaq.

387