Yaponiya hökuməti 1 milyon insanı yaşadığı yerləri təcili tərk etməyə çağırdı
Lent.az-ın İAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, buna səbəb bu ərazilərə leysan yağış və güclü küləklə müşahidə olunan Roke qasırğasının yaxınlaşmasıdır. Xonsyu adasının cənub-qərbində artıq əhali evakuasiya edilməyə başlanılıb. İlk mərhələdə 400 min insanın Tenpak və Senay çayları yaxınlığındakı yerlərdən köçürülməsi qarşıya məqsəd qoyulub. Artıq Ayti əyalətində küçələrdə suyun səviyyəsi 50 santimetrə çatır. Çoxlu sayda yeraltı ticarət mərkəzi su altında qalıb. İnsanlar qayıqlarla hərəkət etmək məcburiyyətindədir.
Miyadzaki əyalətində də gərgin vəziyyət yaranıb. Burada dambanın dağılması təhlükəsi yaranıb və bu, böyük ərazinin su altınla qalmaq təhlükəsi ilə üzləşməsi deməkdir. Qifu əyalətində də sürüşmə səbəbindən əsas magistral bağlanıb.
“Roke” qasırğasının mərkəzində küləyin sürəti saniyədə 50 metrə çatır. Qasırğanın Yaponiyanın əsas ərazisini sentyabrın 21-də vuracağı gözlənilir.

469