Yəməndə atəşkəs razılaşması əldə olundu
2 gündə 56 nəfər öldürülüb, 300 nəfər yaralanıb
Yəməndə prezident Əli Abdulla Salehə sadiq ordu bölmələri və general Əli Möhsen əl-Ahmarın rəhbərlik etdiyi müxalif silahlılar arasında atəşin dayandırılması barədə razılıq əldə olunub. Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə müxalifət təmsilçiləri məlumat veriblər.
General Əli Möhsen əl-Ahmar prezident Əli Abdulla Salehin tərəfdarlarından sayılıb, ancaq bu ilin may ayında müxalifət tərəfə keçib. Onun nəzarət etdiyi hərbi hissə dəfələrlə hökumətə sadiq qüvvələrlə toqquşub.
Lakin razılaşmaya baxmayaraq, sentyabrın 18-dən qarşıdurmaların başlandığı paytaxt Sənada hökumət əleyhinə aksiyalar dayanmır. Son 2 gündə qarşıdurmalar zamanı 56 nəfər həyatını itirib, 300 nəfər yaralanıb.

Oxşar yazılar

Rusiyada Şahin Şıxlinskinin oğlu saxlanıldı-YENİLƏNİB
15 iyul 2025 , 23:09
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadıldı
15 iyul 2025 , 22:31
Ox uşağın beynini deşdi, sağ qaldı
15 iyul 2025 , 17:44
İki uşağı öldürən sehrbaz tutuldu - 11-ni də öldürəcəkmiş
15 iyul 2025 , 13:20
Silahlılar kəndə basqın edib 300-dən çox adamı öldürdülər
15 iyul 2025 , 12:36
115 yaşlı marafonçu faciəli şəkildə öldü
15 iyul 2025 , 12:07
Doğuşdan 17 saat əvvəl hamilə olduğunu öyrəndi - Özü DANIŞDI
15 iyul 2025 , 11:13