Liviyada qanlı döyüşlər davam edir
Liviya Milli Keçid Şurasının hərbi qüvvələri ölkənin cənubunda devrilmiş prezident Müəmmər Qəddafiyə sadiq general Belqasem əl-Abaacı əsir götürüb. Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, Müəmmər Qəddafinin Əl-Xofra regionu üzrə kəşfiyyat xidmətinin rəhbəri olan general Belqasem əl-Abbac sentyabrın 19-da Sebha şəhərindən 100 kilometr kənarda Cip markalı 5 avtomobillə ailəsi ilə gedərkən saxlanılıb.
Liviya Milli Keçid Şurasının hərbi qüvvələri Sebha şəhərinə də hücumu davam etdirir. Şəhər aeroportu nəzarətə götürülsə də, küçələrdə döyüşlər davam edir. Qiyamçılar bir neçə saat ərzində şəhəri tam nəzarətə götürəcəklərini vəd ediblər.

394