Yəmən müxalifəti hərbi bazanı ələ keçirdi
20 sentyabr 2011 10:04 (UTC +04:00)

Yəmən müxalifəti hərbi bazanı ələ keçirdi

Yəməndə qanlı qarşıdurmanın miqyası genişlənir.

Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, sentyabrın 19-da prezident Əli Abdulla Salehin istefasını tələb edən minlərlə müxalifətçi Respublika Elitar Qvardiyasının hərbi bazasını ələ keçirib.



Xatırladaq ki, bir gün öncə hökumət qüvvələri silahsız aksiya iştirakçılarına atəş açıb, nəticədə 26 nəfər ölüb, yüzlərlə insan yaralanıb. Dünən isə müxalifət tərəfə keçən birinci zirehli diviziya Respublika Elitar Qvardiyasına məxsus bazaya hücum çəkib və atəş açmadan baza ələ keçirilib. Qvardiya əsgərləri müqavimət göstərməyərək qaçıblar.

Yəmən ticarət və sənaye naziri Xişam Şaraf hökumət qüvvələrinə qarşı döyüşən silahlıları “əl-Qaidə” terror təşkilatı ilə əlaqəli olmaqda ittiham edib. Müxalifət öz növbəsində baş verənlərə görə hökuməti günahlandırır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 563

Oxşar yazılar