Türkiyədə kimya fabrikində güclü partlayış: 2 ölü, 2 yaralı
19 sentyabr 2011 17:43 (UTC +04:00)

Türkiyədə kimya fabrikində güclü partlayış: 2 ölü, 2 yaralı

Lent.az-ın “Hürriyət” qəzetinə istinadən verdiyi məlumata görə, saat 10:00 radələrində Tuzla Sənaye Bölgəsində baş verən partlayış nəticəsində fabrik binasının damı havaya uçub, qırıntıları böyük məsafəyə səpələnib.

Partlayışın gücündən qarşı tərəfdəki binaların şüşələri qırılıb, divarları çatlayıb. Yanğını 2 saatdan sonra nəzarət altına alınaraq söndürmək mümkün olub. Dağıntılar altından Fatih Özgiray və Mehmet Türkmen adlı işçilərin cəsədləri tapılıb. Yaralanan Ali Osman Demirhan və adı hələ müəyyənləşməyən başqa bir şəxsı isə xəstəxanaya aparılıb.


Kimya fabrikində partlayışın hansı səbəbdən baş verdiyi araşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 508

Oxşar yazılar