İsrail pilotsuz təyyarələri İran üzərində də uçacaq
Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, “İsrael Aerosrace İndustries” şirkətinin zavodlarında istehsal olunan bu pilotsuz döyüş təyyarələri artıq sınaqdan keçir.
Hərbçilər yeni uçuş aparatı ilə tanış olurlar. “Heron TP” dünyada ən böyük pilotsuz təyyarədir. Bu təyyarənin qanadlarının uzunluğu 26 metrə çatır. “Heron TP” 100 kiloqram yük götürür və müxtəlif missiyalar yerinə yetirə bilər. Pilotsuz təyyarənin əsas missiyası kəşfiyyat olsa da, təyyarəyə raket də quraşdırmaq olar. “Heron TP” 45 saat havada qalır və İran üzərində uçuşlar həyata keçirməyə qadirdir.

553