İran Rusiyadan “S-300” ZRK istəyir
19 sentyabr 2011 16:42 (UTC +04:00)

İran Rusiyadan “S-300” ZRK istəyir

Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, İranın müdafiə naziri Əhməd Vahidi deyib ki, Rusiya bu razılaşmanı yerinə yetirməlidir.

Əhməd Vahidi bildirib ki, hələ də bu müqavilənin həyata keçəcəyinə inanırlar: “Biz inanırıq ki, Rusiya tərəfi bu müqavilənin yerinə yetirilməsinə gətirib çıxaracaq yol tapacaq”.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Aleksandr Lukaşeviç avqustun sonlarında bəyan edib ki, BMT Təhlükəsizlik Şurasının 1929 saylı qətnaməsi və Rusiya prezidentinin 22 sentyabr 2010-cu il tarixli göstərişinə əsasən “S-300” ZRK-ların İrana satılması mümkün deyil.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 650

Oxşar yazılar