Milli Suriya Şurası Dəməşqdə ilk toplantısını keçirib
19 sentyabr 2011 16:14 (UTC +04:00)

Milli Suriya Şurası Dəməşqdə ilk toplantısını keçirib

Avtoritar rejimi dəyişdirmə yollarını müzakirə etmək üçün toplanan Suriya müxalifəti nümayişlərin davam etdirilməsini qərara alıb. Lent.az-ın “trtazerbaycan.com” saytına istinadən verdiyi məlumata görə, Milli Suriya Şurası Bəşər Əsəd rejiminə qarşı müqavimətin yol xəritəsini müzakirə etmək üçün paytaxt Dəməşq yaxınlığında toplantı keçirib.

Sol, liberal və mühafizəkar kəsimlərin təmsilçilərinin də iştirak etdiyi toplantıda nümayişlərin davam etdirilməsi çağırışı səslənib. Suriyaya kənardan müdaxilə ehtimalına qarşı çıxan Şura müxalifət üçün beynəlxalq mühafizə tələb edib. Müxaliflərin toplantısına təhlükəsizlik qüvvələri müdaxilə etməyib.

Qeyd edək ki, 140 üzvü olan Milli Suriya Şurası keçən həftənin cümə axşamı İstanbulda yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 471

Oxşar yazılar