İki milyarder canı efirdə yumruqlaşdı –
19 sentyabr 2011 12:02 (UTC +04:00)

İki milyarder canı efirdə yumruqlaşdı –

Rusiyada İki milyarder canlı yayımda yumruqlaşıb. Lent.az-ın verdiyi məlumata görə, Rusiyanın NTV telekanalında milyarder Aleksandr Lebedev proqramda mübahisə etdiyi “Mirax Group”un sabiq prezidenti, milyarder Sergey Polonskini yumruqla yerə sərib.

Sovetlər dönəmində KQB əməkdaşı kimi Londondakı SSRİ səfirliyində çalışmış Aleksandr Lebedevin sərt yumruqları qarşısında oturduğu kreslo ilə birlikdə yıxılan Sergey Polonski cavab verə bilməyib. Aleksandr Lebedevi əsəbiləşdirən isə proqramda debat zamanı Sergey Polonskinin onu göstərərək “insanın içindən sifətini dağıtmaq gəlir!” ifadəsini dilə gətirməsi olub. Bu ifadəyə hirslənən Aleksandr Lebedev ayağa durub. Sergey Polonski “Otur, otur deyirəm!” desə də, bir anda Aleksandr Lebedev ona yumruq atıb.

Sergey Polonskinin yerə yıxılması ilə aparıcı araya girib və telekanalın təhlükəsizlik xidmətinin əməkdaşlarını çağırıb. Proqramdan sonra “Exo Moskvı” radiosuna açıqlama verən Aleksandr Lebedev iddia edib ki, Sergey Polonskini vurmayıb, sadəcə, itələyib: “Çünki Sergey Polonski 2 saat bağırdı, qışqırdı, sonda da təhdid etməyə başladı. Özümü müdafiə etmək qaydaları çərçivəsində hərəkət edim. Lazım gələrsə, məhkəməyə də üz tutmağa hazıram”.

Qeyd edək ki, Böyük Britaniyada yayınlanan “The Independent” və “London Evening Standard” qəzetlərini satın alan Aleksandr Lebedev Rusiyada maliyyə və media sektorunda fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 864

Oxşar yazılar