BVF-in sabiq prezidenti otel xidmətçisi ilə cinsi əlaqədə olduğunu etiraf edib
19 sentyabr 2011 11:32 (UTC +04:00)

BVF-in sabiq prezidenti otel xidmətçisi ilə cinsi əlaqədə olduğunu etiraf edib

Beynəlxalq Valyuta Fondunun (BVF) sabiq prezidenti Dominik Stross-Kan Fransada 2012-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürməyəcək.

Lent.az-ın “TV1” teekanalına istinadən verdiyi məlumata görə, buna qədər prezident postuna iddialılar sırasında yer alan Dominik Stross-Kan deyib ki, namizəd olmaq istəsə də, artıq bu, keçmişdə qalıb.

Bununla belə o, prezident seçkilərində solçuların qələbəsini zəruri sayıb.
Dominik Stross-Kan Nyu-Yorkdakı otellərin birində başına gələn seks qalmaqalı ilə bağlı da ilk dəfə “TV1” telekanalında danışıb. BVF-nin sabiq prezidenti etiraf edib ki, otel xidmətçisi ilə arasında olanlar uyğun olmayan cinsi əlaqədən də betər bir xəta olub və buna görə peşmandır. Həmin xanımın yalan söylədiyini dilə gətirən Dominik Stross-Kan zorlama və ya güc tətbiqindən söhbət getmədiyini də vurğulayıb. O, ABŞ məhkəmə sistemi tərəfindən aşağılandığını iddia edib.

Bu arada proqramın getdiyi zaman “TV1’ telekanalının önünə toplaşan 50 qadın Dominik Stross-Kana etirazlarını bildirib, “Otel xidmətçisi seks obyekti deyil!” şüarı səsləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 421

Oxşar yazılar